Əliyev Heydər Əlirza oğlu
İlham Heydər oğlu Əliyev
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak etmişdir.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilmişdir.
1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
Prezident Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir: Heydər Əliyev ordeni (Azərbaycan Respublikası), Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə), Rumıniya Ulduzu Ordeni (Rumıniya), Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı), Şərəf Ordeni (Gürcüstan), “Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa), Şeyxülislam Ordeni (Azərbaycan Respublikası), Rusiya Pravoslav Kilsəsinin “Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni, “Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası), MDB ölkələrin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının “Şərəf Ordeni”, FİLA-nın Şərəf Zalının ən yüksək “İdman Əfsanəsi” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (Polşa), I dərəcəli Knyaz Yaroslav Mudrı ordeni (Ukrayna), "Mübarək əl-Kəbir" ordeni (Küveyt Dövləti), Yunanıstan parlamentinin Qızıl medalı (Yunanıstan), Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı, “Üç ulduz” ordeninin “Böyük xaç kavaleri” dərəcəsi, “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (Rumıniya), “İsmoili Somoni” ordeni (Tacikistan), Dövlət nişanı (Türkiyə).
Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ), Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru, L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan), Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə), Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna), Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya), Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan), Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya), İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya), Korvinus Universitetinin ictimai elmlər üzrə Fəxri doktoru (Macarıstan), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru (Rusiya Federasiyası), Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəxri doktoru (Ukrayna), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin Fəxri professoru (Türkmənistan Respublikası), Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan), Belarus Dövlət Universitetinin Fəxri professoru (Belarus Respublikası), Ankara Universitetinin Fəxri dokrotu (Türkiyə), Çukurova Universitetinin Fəxri doktoru (Türkiyə), Renmin Universitetinin Tarix üzrə fəxri professoru (Çin).
Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala Maşın-melorasiya stansiyasınada sahə mühəndisi kimi başlamışdır.
1976-1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsinində rəis vəzifəsində çalışmışdır.
1979-1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur.
1985-1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi.
1989-2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır.
27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmişdir.
Ailəlidir. 3 övladı var.